Bu gün:

Flik yığma seçimlərinə müdaxilələrin doğru olmadığını təsdiqləyib


"Barcelona" klubunun baş məşqçisi Hans Flik cümə günü daxildə ixtilaflar olduğuna dair yayılan xəbərləri təkzib edib. O, iddia edilənə görə, İdman direktoru Dekonun Lamin Yamalı "Paris Saint-Germain"ə qarşı oyunda meydana buraxmağa məcbur etdiyi barədə deyilənləri rədd edib.


La Liqada ''Girona" ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında Flik bu söz-söhbətləri "cəfəngiyyat" adlandıraraq, heyət seçimində tam sərbəst olduğunu və Dekoya böyük hörmətlə yanaşdığını bildirib:

"Mən bilmirəm bu məlumatları haradan almısınız, amma üzr istəyirəm ifadəmə görə, bu, tamamilə cəfəngiyyatdır, başa düşdünüz?! Mənə heç vaxt belə bir şey deyilməyib. Onların mənim işimə necə güvəndiklərini yüksək qiymətləndirirəm. Heç vaxt məndən belə bir şey istəməzlər. Əgər kimsə bunu deyibsə, o, yalan danışır".

La Liqada "Real Madrid"dən iki xal geri qalan Barselona ciddi zədə problemi ilə üzləşib. Flikin ixtiyarında hazırda səkkiz əsas oyunçu yoxdur, onların arasında Polşa millisində zədələnən Robert Lewandowski də yer alır.


Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et