Bu gün:

Kardi B körpə qidalanmasında formulaya dəstək verir


Kardi B dördüncü körpəsini qarşılamağa hazırlaşaraq körpə formulasının faydalarını vurğulayıb. O, Bobbie şirkəti ilə əməkdaşlıq edib və “B Bobbi üçündür” kampaniyası çərçivəsində anaların qidalanma seçimlərində inam qazanmasına dəstək verib.

Reper bildirib ki, bir çox qadınlar iş və ailə məsuliyyətlərinə görə əmizdirməyə vaxt tapa bilmir və formuladan istifadə etməyə məcbur olur. Vogue-a müsahibəsində keçmişdə südvermədə çətinlik yaşadığını qeyd edib və “körpəni süni süd ilə qidalandırmaq pis ana olmaq deyil” deyib.

Kardi, həmçinin Bobbie brendini qadınların hüquqları üçün mübarizəsinə görə alqışlayıb.

Mənbə: People.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et