Bu gün:

Donald Tramp Cənubi Koreyaya rəsmi səfər edəcək


ABŞ Prezidenti Donald Tramp oktyabrın 29–30-da Cənubi Koreyaya rəsmi səfər edəcək. Səfər Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində baş tutacaq.

Trampın Seulda Cənubi Koreya Prezidenti ilə görüşü planlaşdırılır. Görüşdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Şimali Koreya ilə dialoq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Rəsmi mənbələr səfəri ABŞ-nin Asiya bölgəsində diplomatik fəallığının davamı kimi qiymətləndirir.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et