Farer adalarına məğlubiyyətdən sonra menecer İvan Haseklə yollarını ayıran Çexiya Futbol Federasiyası yeni məşqçi axtarışlarına başlayıb. Federasiya təcrübəli menecer Fatih Terimə rəsmi təklif edib. Məlumata görə, Terimin "Ayda 100 min avroya işləyəcəm" cavabını verib və şərtlər qəbul olunarsa, tezliklə işinə başlaya bilər.
Çexiya Futbol Federasiyası DÇ-2026-nın seçmə mərhələsində Farer adalarına məğlub olduqdan sonra menecer İvan Haşeklə yollarını ayırıb. Federasiya yeni baş məşqçi axtarışları çərçivəsində Fatih Terimə rəsmi təklif göndərib.
Təcrübəli menecerin təklifə "Ayda 100 min avroya işləyəcəm" deyə cavab verdiyi bildirilir. İddia olunur ki, Terim bu şərtləri qəbul edərsə, tezliklə vəzifəsinə rəsmən başlaya bilər. Çexiya mətbuatı Sport-un xəbərinə görə, baş menecer Pavel Nedved Səudiyyə Ərəbistanının "Əl Şabab" komandasında idman direktoru vəzifəsində çalışarkən Terimlə çalışıb və təcrübəli məşqçi ilə əlaqə saxlandığı iddia edilib. Hesabatda Fatih Terim üçün aylıq 100 min avro maaş nəzərdə tutulduğu da qeyd edilib.
Çexiyanın hələ 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şansı olduğu halda, federasiyanın uzunmüddətli layihə çərçivəsində Terimi təyin etmək istədiyi bildirilir. Terimin əsas məqsədi AVRO 2028-ə güclü namizədi təmin etməkdir.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
