Elm adamları maraqlı bir fərziyyəni nəzərdən keçirirlər: bəlkə də yadplanetlilərin texnologiyası bizdən cüzi dərəcədə yaxşıdır. Onlar kosmosu bir qədər araşdırdıqdan sonra sadəcə maraqlarını itiriblər və artıq araşdırma aparmadıqları üçün onları aşkarlamaq çətindir.

Bu ideya “radikal adi hal” (“radical mundanity”) prinsipi adlanır. O, yadplanetlilərin fövqəladə fiziki qanunları aşaraq kainatda sərbəst hərəkət etdiyi fikrini rədd edir.
Nasa-nın Goddard Kosmik Mərkəzində çalışan tədqiqatçı Robin Korbet hesab edir ki, yadplanetlilər texnologiyada bir qədər irəlidə ola bilər, amma çox deyil – “iPhone 17 ilə iPhone 42 arasındakı fərq kimi”.
Tərcümə etdi: Nərmin Məmmədzadə
Mənbə: The Guardian
