Ənənəvi olaraq, ölkədə ov mövsümü payızda başlayır, bu barədə STV telekanalının “24 saat” xəbər proqramında məlumat verilib. Ən çox hallarda cüyür və ya geyik nəqliyyat vasitələrinin təkərləri altına düşür. 
Vəhşi heyvanların hərəkət intensivliyi artır və onlar getdikcə daha çox yollara çıxaraq sürücülər üçün real təhlükəyə çevrilirlər. Məsələn, Uzden rayonunun Valeryan kəndi yaxınlığında bir hadisə baş verib: cüyür qəfildən yola çıxaraq avtomobillə toqquşub.
Evgeni Soloduha, Uzden Rayon Daxili İşlər Şöbəsinin rəisi:
“Xüsusilə qaranlıq vaxtı avtomobil yollarında hərəkət edərkən, həmçinin xəbərdarlıq nişanlarının quraşdırıldığı ərazilərdə minimum sürətlə hərəkət etmək lazımdır ki, yolun hərəkət hissəsində vəhşi heyvan göründükdə, sürəti vaxtında azaltmaq və dayanmaq mümkün olsun".
Son doqquz ay ərzində Minsk vilayətində 20 belə qəza qeydə alınıb. Nəticədə 3 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb.
Mənbə: ctv.by
Tərcümə etdi: Aysel Mehtizadə
