Bu gün:

İspaniya – Türkiyə oyununun biletləri satışda


2026-cı il futbol üzrə dünya çempionatının Avropa təsnifat mərhələsində növbəti həyəcan “E” qrupunda yaşanacaq. Türkiyə millisi nəhəng rəqibi — İspaniya ilə qarşılaşmağa hazırlaşır.

Türkiyə Futbol Federasiyasının (TFF) məlumatına görə, bu möhtəşəm qarşılaşmanın bütün bilet satış prosesi İspaniya Kral Futbol Federasiyasına (RFEF) həvalə olunub.

Ev sahibi federasiya artıq Sevilyadakı möhtəşəm “La Cartuja” stadionunda keçiriləcək oyun üçün qonaq komandanın azarkeşlərinə ayrılan sektorların biletlərini öz rəsmi platformasında satışa çıxarıb.

https://m.haberturk.com/ispanya-turkiye-macinin-biletleri-satisa-cikti-3830421-spor

Mənbə: Habertürk

Tərcümə etdi: Ömər Cəfərov

Paylaş
Şərh əlavə et