Avstraliyanın "The University of Western Australia" universitetinin tədqiqatçısı Prof. Gilles E. Gignak və komandası insanın müxtəlif psixoloji xüsusiyyətlərini araşdırıb. Tədqiqat ağıl dolu düşüncə, yaddaş, bilik səviyyəsi və emosional tarazlıq kimi 16 fərqli bacarığı qiymətləndirib.
Nəticələr göstərir ki, ümumi zehni performans 55–60 yaş arasında ən yüksək səviyyəyə çatır. Vicdan hissi 65 yaşında, emosional tarazlıq isə 75 yaşında zirvəyə çatır; əxlaqi düşüncə və qərəzlərə qarşı müqavimət isə 70 yaşadək inkişaf edir.
Prof. Gignak qeyd edib ki, orta yaş zehni geriləmə dövrü deyil, insan zəkasının böyümə və tarazlıq baxımından zirvə nöqtəsidir. Onun sözlərinə görə, işə qəbul və karyera qiymətləndirmələrində yaşdan çox fərdi bacarıqlar əsas götürülməlidir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
