Bu gün:

Almaniya kansleri Merzdən Türkiyəyə təşəkkür


Almaniya kansleri Fridrix Mers Federal Məclisdə çıxışı zamanı Şarm əl-Şeyx Zirvəsi üzrə Niyyət Bəyanatına istinad edərək, Yaxın Şərqdə “həqiqi və davamlı sülh” üçün yenidən ümid yarandığını bildirib. Mers razılaşmaya töhfə verən ABŞ Prezidenti Donald Trampla yanaşı, Türkiyə, Qətər və Misir hökumət və dövlət başçılarına təşəkkür edərək deyib: “Onlar birlikdə çalışdıqları və bu dəhşətli müharibəni bitirməkdəki qətiyyətlərindən əsla şübhə etmədikləri üçün bu razılaşma mümkün olub. Hamımız onlara minnətdarıq".

Almaniya kansleri Fridrix Mers 23–24 oktyabr tarixlərində keçiriləcək Avropa İttifaqı zirvəsindən əvvəl ənənəyə uyğun olaraq Alman Federal Məclisində daxili və xarici siyasətə dair qiymətləndirmələr aparıb, deputatlara məlumat verib. Kansler Mers çıxışına “Regionda həqiqi və davamlı sülh üçün yeni bir ümid doğdu” sözləri ilə başlayaraq İsraillə Həmas arasında əldə olunan razılaşmadan bəhs edib.

Mers deyib: “Silahların susması İsrail hökumətinin ABŞ hökuməti və Prezident Donald Trampla birlikdə bu müharibəyə son qoymaq məqsədilə 20 maddəlik bir plan üzərində razılığa gəlməsi sayəsində mümkün oldu. Bu münasibətlə ABŞ Prezidentinə və İsrail baş nazirinə bu təşəbbüslərinə görə təşəkkür etmək istəyirəm. Eyni zamanda bunu mümkün edən və həyata keçirən dövlət başçılarına da minnətdarlığımı bildirirəm. Bunlar Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər Əmiri Əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bütün bu dövlətlər, dövlət və hökumət başçıları birlikdə çalışdıqları və bu dəhşətli müharibəni sona çatdırmaqda qətiyyət göstərdikləri üçün bu razılaşma mümkün oldu. Hamımız onlara minnətdarıq".

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et