37 yaşlı keçmiş oyunçu son matçından 4 il sonra karyerasına dönüş edib. Qeyd edək ki, Gibson yuxu həblərinə olan aludəçiliyi və səhhəti ilə bağlı olan kritik vəziyyət səbəbilə karyerasına ara vermək məcburiyyətində qalıb.

Keçmiş İrlandiya millisinin verdiyi açıqlamaya əsasən, futbolçunun 2013-cü ildə aldığı ciddi diz zədəsi yuxusuzluqlara səbəb olub, məhz bu səbəbdən yuxu həblərinə qarşı asılılıq yaranıb, daha sonra isə alkoqollu içkilərdən davamlı istifadə nəticəsində vəziyyətinin ağırlaşmasına gətirib çıxarıb. Hal-hazırda Gibson Şimal Qərb Liqasında "Uitenşou"-da oynayır. Maraqlıdır ki, bu heyətdə Premyer Liqanın dörd keçmiş oyunçusu da var.
Mənbə: Givemesport.com
Tərcümə etdi: Zeynəb Şahmarova
