“Barselona” klubu “Barça Atletic”in müdafiəçisi Landri Far ilə müqavilənin müddətini daha iki mövsüm uzadıb. 2007-ci il təvəllüdlü futbolçu 30 iyun 2028-ci ilə qədər klubda qalacaq.
Fildişi Sahilində doğulan Landri Far 2015-ci ildə “Barselona” akademiyasına qoşulub və hazırda klubdakı 12-ci mövsümünü keçirir. O, həm mərkəz müdafiəçisi, həm də cinah oyunçusu kimi çıxış edir.
Gənc futbolçu 2024/25 mövsümündə “Barça Atletic”də debüt edib və 21 oyunda meydana çıxıb. Far İspaniya millisində U16, U17 və U18 yaş qruplarında da oynayıb.
Mənbə: Barcelona TV
Tərcümə etdi: Nazim Xeyrxəbərli
