Volodimir Zelenski bildirib ki, Rusiya ordusu ölkəsinə 37 raket və 300-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu həyata keçirib.

Zelenski Telegram hesabında paylaşım edərək qeyd edib ki, Rusiya qüvvələri gecə saatlarında Ukraynaya hava hücumu təşkil edib.
Onun sözlərinə görə, Rusiya ordusu Vinnitsa, Sumi və Poltava bölgələrində mülki və enerji infrastrukturlarını hədəfə alıb. Hücum zamanı 37 raket və 300-dən çox PUA istifadə olunub.
Zelenski əlavə edib ki, zərbələr nəticəsində Çerniqov bölgəsində yük binası, Xarkov bölgəsində isə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə (DSNS) məxsus bina hədəfə alınıb və yaralılar var.
Prezident qeyd edib ki, Rusiya son dövrlərdə Ukraynanın enerji infrastrukturuna qarşı hücumlarını artırıb və müharibənin bitməsi üçün Moskvaya təzyiq göstərilməlidir.
“Vladimir Putin dünyanın dediyi hər şeyə qarşı kar qulaqdır. Ona görə də hələ də anladığı yeganə dil — təzyiq dilidir”— Zelenski vurğulayıb.
Mənbə: TRT HABER
Tərcümə etdi: Nuray Əliyeva
