Bu gün:

"Qorxulu videolar:" sosial media uşaqlara kədərli xəbərlər çatdırır


Yeni araşdırma göstərir ki, sosial mediadan xəbər alan uşaqların yarısından çoxu müharibə, zorakılıq və ölüm səhnələri ilə bağlı məzmun gördükdən sonra narahat və kədərli hiss edir.

İnternet təhlükəsizliyi təşkilatı Internet Matters tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, son dövrlərdə Çarli Kirkin qətli, Liverpul paradında baş verən hücum, müharibə səhnələri, atışmalar, bıçaqlanmalar və avtomobil qəzaları kimi görüntülər uşaqların lentlərində tez-tez görünür.

Təşkilatın məlumatına görə, bu cür narahatedici məzmunla qarşılaşan uşaqların 39 faizi özlərini çox və ya həddindən artıq kədərli və narahat hiss edir.

Araşdırma, həmçinin göstərir ki, uşaqların üçdə ikisindən çoxu TikTok və Instagram kimi sosial media platformalarından xəbərlər alır. Lakin onların 40 faizi xəbər yönümlü hesabları izləmədən, əsasən alqoritmlərin tövsiyələri ilə qarşılarına çıxan paylaşımlarla tanış olur.

Sosial mediadan xəbər alan uşaqların təxminən 61 faizi son bir ay ərzində narahatedici və ya üzücü bir hekayə ilə rastlaşıb.

Mütəxəssislər hesab edirlər ki, uşaqların gördüyü bu cür məzmun onların emosional vəziyyətinə mənfi təsir göstərir və valideynlərin uşaqların onlayn fəaliyyətinə daha çox diqqət yetirməsi vacibdir.

Mənbə: theguardian.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et