Bu gün:

Dörd dəfə "Gremmi mükafatı"na layiq görülmüş sənətçi 51 yaşında vəfat edib


Əfsanəvi “Qremmi mükafatı" laureatı ruh rəssamı D’Angelo mədəaltı vəzi xərçəngi ilə mübarizə apardıqdan sonra 51 yaşında Nyu-Yorkda vəfat edib.

“Brown Sugar” və “Untitled (How Does It Feel)” kimi unudulmaz mahnıları ilə tanınan sənətçinin ölüm xəbərini meneceri təsdiqləyib. Daily Mailin məlumatına görə, bəyanatda deyilir: "Michael D'Angelo Archerin vəfatını dərin hüznlə təsdiqləyirik. D'Angelo bu gün-14 oktyabr 2025-ci ildə 51 yaşında bizi tərk etdi".

Ailəsi adından yayılan bəyanatda deyilir: "Ailəmizin parlayan ulduzu bu həyatda işığını söndürdü. Xərçənglə uzun və cəsarətli mübarizədən sonra qəlbimiz qırıqdır. Bununla belə, onun qoyub getdiyi musiqi irsinə görə əbədi olaraq minnətdarıq". Ailə yas dövründə məxfilik tələb edib və pərəstişkarlarını D'Angelonun həyatını və mahnılarını qeyd etməyə dəvət edib.

İki oğlu və bir qızı var

D'Anjelodan iki oğlu - 27 yaşlı Michael D'Angelo Archer II və 15 yaşlı Morocco Archer və 26 yaşlı qızı İmani Arçer qalıb. İlk oğlunun anası tanınmış R&B sənətçisi Angie Stone 63 yaşında 2025-ci ilin martında Alabama ştatında faciəvi avtomobil qəzasında ölüb.

Onun qızı İmani İnstaqramda atası ilə gitara çalarkən çəkilmiş şəklini paylaşaraq emosional vida mesajı paylaşıb. D'Angelo, Flavour Flav, Jill Scott, Missy Elliott, Jennifer Hudson və Jamie Foxx da daxil olmaqla çoxsaylı məşhurlardan başsağlığı alıb. 

O dörd "Qremmi mükafatı" qazanmışdır

Karyerası boyunca dörd Grammy mükafatı qazanan sənətçi 2001-ci ildə Voodoo və 2016-cı ildə Black Messiah üçün Ən Yaxşı R&B Albomu mükafatını qazanıb. O, həmçinin "Really Love" üçün "Ən Yaxşı R&B mahnısı" və "Untitled (How Does It Feel)" mahnısına görə "Ən Yaxşı Kişi R&B Vokal Performansı" qazanıb.

1995-ci ildə debüt albomunda Angie Stone ilə əməkdaşlıq edən D'Angelo, həmçinin Erykah Badu, Lauryn Hill, Jay-Z, Snoop Dogg və Q-Tip kimi korifeylərlə əməkdaşlıq edib. O, 2000-ci ildə "Untitled (How Does It Feel)" klipindəki ifası ilə musiqi tarixinə düşüb.

Bununla belə, onun artan şöhrəti D'Angelo üçün çətinliklər yaradıb. 2000-ci illərin əvvəllərində şəxsi problemlər və alkoqoldan sui-istifadə onun musiqi karyerasına ara verməsinə səbəb olub.

Uzun bir fasilədən sonra onun 2014-cü ildə çıxardığı "Qara Məsih" albomu tənqidçilərin rəğbətini qazanıb. Albom ABŞ Billboard hitlərində 5-ci, R&B/Hip-Hop hitlərində isə 1-ci yerə çatıb

 117.000 satışa çatan albom ilin ən yaxşı albomlarından biri seçilib.

2018-ci ildə D'Angelo Red Dead Redemption II oyunu üçün "Unshaken" mahnısını oxuyub və oyunun sınaq mərhələsində də iştirak edərək oyunçuların heyranlığını qazanıb.

2024-cü ildə yaxın dostu və musiqiçi Raphael Saadiq D'Angelonun yeni albom üzərində işlədiyini elan edərək, "O, həyəcanla altı yeni trek üzərində işləyir"- deyib. Lakin xəstəliyi onun bu qayıdışına mane olub.

Mənbə: Sözcü 

Tərcümə etdi: Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et