Bu gün:

Heyətdən kənarda qalan İrfan Can əzəli rəqibə yollanır


"Fənərbağça"-nın heyətindən kənarda qalan İrfan Can Kahveci mövsümün ortasında transfer dönəmində "Trabzonspor"-un hədəfinə çevrilib. Trabzonspor rəhbərliyi beynəlxalq oyunçu Fatih Tekkeni heyətinə qatmaq istədiyi üçün hazırlıqlara başlayıb. Bordo-mavilər futbolçunun agentinə onun 3 milyon avroluq maaş tələbini ödəməyə hazır olduqlarını bildiriblər.

Fənərbağçada baş verən son hadisələrdən sonra İrfan Can Kahveci heyətdən kənarda qalıb. Təcrübəli futbolçunun mövsümün ortası transfer pəncərəsində klubdan ayrıla biləcəyi ilə bağlı xəbərlər gündəmə gəlib. Trabzonspor daha əvvəl "Beşiktaş"-a keçəcəyi ilə bağlı söz-söhbətlər yayılan beynəlxalq ulduzu təmin etmək üçün indi işə başlayıb.

Trabzonspor rəhbərliyi menecer Fatih Tekkenin heyətində görmək arzusunda olduğu İrfan Can Kahveci ilə bağlı təmaslara başlayıb. Bildirilir ki, mavilər ulduz futbolçunun “Fənərbaxça”-dakı vəziyyətini yaxından izləyir və uyğun şərtlər yaranarsa, mövsümün ortası fasiləsində rəsmi tədbir görəcək. Klub mənbələrindən verilən məlumata görə, Trabzonspor rəhbərliyi İrfan Can Kahvecinin illik 3 milyon avro maaşını ödəyə biləcəklərini futbolçunun agentinə bildirib.

Fənərbağça rəhbərliyinin mövsüm ortası fasiləsinə qədər heyətdən kənarda qalan futbolçularla bağlı yekun qərarı verməsi gözlənilir. İrfan Can Kahvecinin müntəzəm oynaya biləcəyi komandaya qoşulmaq istədiyi bildirilir.

Mənbə: Haberler

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et