Bu gün:

Ronaldo karyerasının 1000-ci qoluna imza ata biləcəkmi?


Cristiano Ronaldo misilsiz bir qol rekorduna doğru irəliləyir – bəs onun 1.000-ci qolunu nə vaxt vuracağı gözlənilir? “Between the Lines” verilişi bu məsələyə xüsusi buraxılışla nəzər salır. 

Ronaldo bu həftə daha bir qol rekorduna imza ataraq Dünya Çempionatının seçmə mərhələləri tarixində ən çox qol vuran futbolçu olub. O, Macarıstanla 2:2 hesablı heç-heçə ilə nəticələnən oyunda iki qol vurmaqla ümumi sayını 41-ə çatdırıb. Bu göstərici ilə Ronaldo əvvəlki rekordçu – Qvatemalalı Carlos Ruiz-i (39 qol) geridə qoyub. Lionel Messi isə 36 qolla üçüncü yerdədir.

Ronaldo hazırda milli komanda səviyyəsində 225 oyunda 143 qol vuraraq rekord sahibidir. Klub səviyyəsində isə 1.068 oyunda 805 qol vurub. Bu da ümumilikdə onun karyerası boyunca 948 qola çatdığını göstərir.

Ronaldo bu ilin fevralında 40 yaşını qeyd edib, lakin həm klubda, həm də millidə yüksək məhsuldarlıq nümayiş etdirməyə davam edir. Düzdür, hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanında rəqiblər daha zəifdir, amma buna baxmayaraq, o, “Əl-Nəsr” klubunda 117 oyunda 104 qol vurub. Bu templə davam edərsə, Ronaldo yaxın zamanda karyerasında 1.000-ci qolunu da vura bilər.

Mənbə: SKYsports 

Tərcümə etdi: Mələk Nəsirli
Paylaş
Şərh əlavə et