Bu gün:

Heyvanları sevməmək narahatedici bir siqnaldır


Bütün insanlar heyvanlara pərəstiş etmir. Hər kəs itləri və pişikləri qucaqlamağa, onları sevməyə və ya evdə saxlamağa hazır deyil. Ev heyvanlarına neytral münasibət göstərənlər də var, lakin bəzi hallarda bu cür insanlar cəmiyyət üçün təhlükə yarada bilərlər.

Serb alimləri bəzi insanların ev heyvanlarını niyə sevmədiklərini və bunun onların şəxsiyyətinə necə təsir etdiyini araşdırıblar. Tədqiqat çərçivəsində 369 iştirakçı heyvanlara münasibətlərini əks etdirən anket doldurub.

Nəticələr göstərib ki, heyvanlara simpatiyası olmayan insanlar daha çox psixopatiya əlamətləri nümayiş etdirirlər: dürtüsellik, yalana meyl və səthi cazibə. Bu cür şəxslər tez-tez heyvanları alçaldır və onlara zərər yetirirlər.

Belqrad Universitetinin alimləri qeyd ediblər ki, heyvanları sevməmək empatiya çatışmazlığı ilə bağlıdır və məişət zorakılığına meylin göstəricisi ola bilər.

Mütəxəssislər bu vəziyyəti bir sıra mənfi xüsusiyyətlərlə əlaqələndirirlər:

 •Makiavellizm — manipulyasiya, aldatma, kinizm və şəxsi mənfəət arzusu;

 •Narsisizm — qürur, eqoizm və empatiyanın olmaması;

 •Psixopatiya — impulsivlik, ürəksizlik və antisosial davranış;

 •Sadizm — zövq və ya üstünlük hissi naminə ağrı və əzab vermək.

Tədqiqatçılar, həmçinin bu yanaşmanın növ bərabərsizliyi anlayışı ilə əlaqəli olduğunu bildiriblər. Bu inama görə, insan özünü heyvanlardan üstün hesab edir və onların hisslərini, ehtiyaclarını nəzərə almadan istifadə edə biləcəyinə inanır.

234 nəfərin iştirakı ilə aparılan ikinci araşdırma da bu fikri təsdiqləyib: psixopatiya əlamətləri olan insanlar heyvanları “aşağı varlıqlar” — mənəvi və emosional dəyərdən məhrum canlılar kimi görürlər.

Mənbə: limon.postimees.ee

Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et