Bu gün:

Real Madriddən Kenan Yıldız xəbəri


Arda Gülerin çıxış etdiyi İspaniya nəhəngi "Real Madrid"-də "Yuventus"-dan beynəlxalq hücumçu Kenan Yıldızın transferinə təşəbbüs göstərib. Klub onu 22 oktyabr çərşənbə günü Çempionlar Liqası Real Madrid - Juventus matçında yaxından izləyəcək.

"Yuventus"-da çıxış edən Milli Komandanın ulduz futbolçularından Kenan Yıldız üçün diqqəti çəkən transfer məsələləri davam edir.

Real Madridlə yaxın əlaqələri ilə tanınan "Defensa Central"ın xəbərinə görə, İspaniya nəhəngi Kenan Yıldızı transfer gündəminə alıb. Bildirilir ki, bənövşəyi-ağ-qaralar oktyabrın 22-də Real Madrid-Yuventus Çempionlar Liqası matçı zamanı Santiaqo Bernabeu Stadionunda beynəlxalq oyunu canlı izləmək imkanı əldə edəcək və onlara onu yaxından izləmək imkanı verəcək.

Real Madrid skaut komandasının Kenan Yıldızla bağlı çox müsbət hesabatlar təqdim etdiyi və millinin oyunçusunu “çox parlaq gələcəyi olan hücumçu” hesab etdiklərini bildirilib. Həmçinin qeyd olunub ki, Kenanın Çempionlar Liqasında onlara qarşı oynadığı oyuna canlı baxmağın potensial transferi qiymətləndirmək üçün ən yaxşı üsul olacağına inanırlar.

Mənbə: Hürriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et