Qadınlar Kriket Dünya Kubokunda Yeni Zelandiya ilə Şri Lanka arasında keçirilən oyun çərşənbə axşamı dayanmadan yağan yağış səbəbindən başa çatmayıb. Şri Lanka əvvəlcə 258/6 hesabı ilə güclü nəticə göstərsə də, fasilə zamanı başlayan yağış Yeni Zelandiyanın cavab inninqsinə başlamasına imkan verməyib. Nəticədə hər iki komanda turnir cədvəlində bir xalla kifayətlənib.

Qarşılaşmada əvvəlcə top atmaq hüququnu qazanan Şri Lankanın kapitanı Çamari Atapattu və Vişmi Qunaratne 101 qaçışlıq möhkəm start təmin ediblər. Atapattu 7 dörd zərbəsi ilə 53 qaçış toplayaraq karyerasının 20-ci ODI yarım əsrini qeyd edib, lakin Rozmari Meirin topu ilə Madi Qrinin tutması nəticəsində meydanı tərk edib. Qunaratne isə 42 qaçışla oyunu tamamlayıb. Daha sonra Hasini Perera və Harşita Samaravikrama 74 topda 58 qaçışlıq sabitləşdirici tərəfdaşlıq qurub. Perera 44, Samaravikrama isə 26 qaçış qazanıb.
Nilakşika de Silva isə komandasını sona qədər meydanda təmsil edərək 26 topda cəmi bir altı və yeddi dörd zərbəsi ilə turnirin ən sürətli 50-liyini (55 qaçış) əldə edib. Bu, onun ODI karyerasında dördüncü yarım əsri olub.
Yeni Zelandiya tərəfindən Sofi Devayn 54 qaçış qarşılığında 3 qapı, Bri İllinq isə 39 qaçış qarşılığında 2 qapı əldə edib.
Yağışın təsiri nəticəsində oyun nəticəsiz bitib və komandalar xalları bölüşməli olub.
Mənbə: The Times of İndia
Tərcümə etdi: Fərid Tapdıqov
