Bu gün:

Yaponiya geri dönüş edərək Braziliya üzərində ilk qələbəsini qazanıb


Yaponiya Tokio Stadionunda 3-2 hesablı qələbə ilə Braziliya üzərində tarixində ilk dəfə qalib gəlib. Bu, 14 görüşdən sonra ilk uğur olub. 

Braziliya ilk hissədə Paulo Henrique və Gabriel Martinellinin qolları ilə 2-0 önə keçsə də, ikinci hissədə müdafiə səhvləri bahasına oyunu əldən verib. 

52-ci dəqiqədə Fabricio Brunonun səhv ötürməsindən sonra Takumi Minamino fərqi azaldıb. 61-ci dəqiqədə isə Bruno topu öz qapısından keçirib. 71-ci dəqiqədə Junya İtonun künc zərbəsindən sonra Ayase Ueda başla qələbə qolunu vurub.

Braziliya kapitanı Casemiro məğlubiyyəti belə dəyərləndirib: "İkinci hissədə tamamilə oyundan düşdük. Bu səviyyədə bu cür səhvlər dünya çempionatına, Kopa Amerikaya başa gələ bilər".

Carlo Ancelotti əvvəlki oyundan fərqli olaraq heyətdə ciddi dəyişiklik edib. Buna baxmayaraq, ilk hissədə Braziliya oyuna nəzarət edib. Amma ikinci hissədə Yaponiyanın təzyiqi və Braziliyanın müdafiədəki bərbad oyunu nəticəni dəyişib. 


Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et