Google Hindistanda 15 milyard $ sərmayə qoyaraq Sİ (Süni intellekt) məlumat mərkəzi quracaq.

Hindistan aşağı məlumat xərcləri və sürətlə böyüyən internet istifadəçisi bazasına görə məlumat mərkəzləri üçün əsas hədəfdir. Google-nin əsas şirkəti olan Alphabet Hindistanın cənubundakı Andhra Pradeş ştatında bir Sİ(Süni intellekt) məlumat mərkəzi qurmaq üçün 15 milyard dollar (11,29 milyard funt sterlinq) sərmayə qoyacaq. Visaqapatnam port şəhərində yerləşəcək bu qurğu, 12 ölkəyə yayılmış Google-nin qlobal SÜS mərkəzləri şəbəkəsinin bir hissə olacaq. Google Buludun Baş İcraçı Direktoru Tomas Kurian çərşənbə günü paytaxt Dehlidə bir tədbirdə çıxış edərək, “Bu, ABŞ- dan kənarda dünyanın hər hansı bir yerinə edəcəyimiz ən böyük SÜS mərkəzidir” deyib və bu sərmayənin gələcək beş il ərzində həyata keçiriləcəyini əlavə edib. Bu elan ABŞ Prezidenti Donald Trumpın amerikalı şirkətlərdən daxili sərmayəyə üstünlük vermələrini xahiş etdiyi bir vaxtda gəlir.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
