Zəlzələ bölgəsinin ayağa qaldırılması məqsədilə yaradılan Fəlakət Yenidənqurma Fondu tam fəaliyyətə başlayaraq 485 milyon avroluq ilk maliyyələşməni də əldə edib.

Xəzinə və Maliyyə Nazirliyindən əldə edilən məlumata görə, xaricdən təmin edilən maliyyələşmənin şaxələndirilməsi və fəlakət sonrası layihələrə effektiv şəkildə vəsait köçürülməsi məqsədilə ötən il yaradılan Fəlakət Yenidənqurma Fondu korporativ infrastrukturunun tamamlanması ilə fəaliyyətlərinə fokuslanıb.
Fond vasitəsilə təmin edilən ilk kreditə dair müqavilələr də imzalanıb. Bu çərçivədə zəlzələ bölgəsində həyata keçirilən layihələrdə istifadə olunmaq üzrə Abu Dhabi Commercial Bankın rəhbərliyi ilə və Doğan İnvestisiya Bankının dəstəyi ilə 485 milyon avroluq uyğun şərtli maliyyələşmə təmin edilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fəqan Nurullazadə
