İsrail həbsxanalarında saxlanılan üç övladından illərdir xəbər ala bilməyən qəzzalı anaya illər əvvəl uşaqlarının öldüyü bildirilib. Lakin 10 gün əvvəl azadlığa buraxılacaq məhbusların siyahısında onların adlarını görəndə ümidi dirçəlib.
Ananın uşaqları İsrailin işgəncə düşərgələrindən azad edilmiş yüzlərlə fələstinli məhbus arasındadır.
Atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail ümumilikdə 1968 fələstinlini azad edir. Bu şəxslər arasında 2023-cü il oktyabrın 7-dən sonra Qəzzada saxlanılan 250 ömürlük həbs cəzası və 1718 nəfər var. Onların 15-i uşaqdır.
Qəzzalı ananın illər boyu çəkdiyi ağrılar nəhayət yerini göz yaşlarına qarışan sevincə verib:
“Həmd olsun Allaha ki, onları mənim üçün qorudu”.
Mənbə: Haberler.com
Tərcümə etdi: Turqut Ansari
