Bu gün:

Ərgin Atamandan hakimlərə etiraz


Yunanıstan təmsilçisi "Panathinaikos AKTOR"un baş məşqçisi Ərgin Ataman liqada "Olimpiakos"a 90-86 hesabı ilə uduzduqları matçın hakimlərinə etiraz edib.

Ataman ABŞ mərkəzli sosial media platforması İnstaqram hesabından etdiyi paylaşımda matçdakı iki vəziyyətin görüntülərini yerləşdirərək hakim qərarlarını tənqid edib.

Kostas Sloukasın səbətə hərəkətləndiyi və "Panathinaikos"un əleyhinə faul çalınan vəziyyəti dəyərləndirən təcrübəli baş məşqçi "Videonun tragikomik hissəsi, faulun Sloukasa çalınması və rəqibin iki sərbəst atış üçün xəttə gəlməsidir. Və bəli, bu zarafat deyil" , - ifadələrini işlədib.

Paylaşdığı ikinci vəziyyətdə isə "Olimpiakos"un ulduzu Saşa Vezenkovun ribaunt mübarizəsində TJ Shortsa faul etdiyini iddia edən Ataman "Bundan əlavə, basketbol meydanında yeni bir idman növünün; yunan-roma güləşinin ixtirasına da şahid olduq. Dünya tarixində bir ilk" , - qiymətləndirməsini verib.

Liqada 2-də 2 edən meydan sahibi "Olimpiakos"da Vezenkov 22 xalla qələbənin memarı olub. Bir qələbə və bir məğlubiyyəti olan qonaq komandada isə TJ Shortsun 19 xalı məğlubiyyətin qarşısını ala bilməyib.

Mənbə: TRT sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et