2026 FİFA Dünya Kubokuna qatılacaq ölkələrin sayı getdikcə dəqiqləşir, artıq 21 ölkə turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.

Seçmə mərhələsinin son turunda Komorları 1:0 hesabı ilə məğlub edən Qana millisi 1-ci qrupda liderliyi ələ keçirib. Həmçinin Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Yeni Zellandiya, Misir, Fəs, Tunis, Əlcəzair, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay və Uruqvay da turnirdə iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, 2026 FİFA Dünya Kuboku futbol tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnir ABŞ, Kanada və Meksika ev sahibliyində 11 iyun-19 iyul 2026 tarixlərində baş tutacaq. Ev sahibi olan ölkələr isə birbaşa final mərhələsinə vəsiqə qazanıblar.
Mənbə: Fanatik.com.tr
Tərcümə etdi: Zeynəb Şahmarova
