Bu gün:

Böyük Dördlüyün hazırkı borcu açıqlanıb


Türkiyə futbolunun dörd ən böyük klubu olan “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”-un səhmləri açıqlanan şirkətləri maliyyə vəziyyəti ilə bağlı hesabatlarını İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim edib.31 avqust 2025-ci il tarixinə edilən açıqlamalara görə, dörd klubun cəmi borcu 65,1 milyard lirəyə çatıb. Açıqlanan məlumatlara görə, ən yüksək borcu Qalatasaray Sportif AŞ əldə edib. Klubun ümumi borcu 24,3 milyard lirə olaraq qeyd edilib.

Fənərbaxça Futbol AŞ 18,8 milyard lirə ilə borc sıralamasında ikinci olub. Beşiktaş Futbol İnvestisiyaları Sənaye və Ticarət A.Ş.-nin borcu 17,8 milyard lirəyə çatıb. "Dörd böyüklər" arasında ən az borca sahib olan "Trabzonspor"-un 2,8 milyard TL borcu var.

Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et