Bu gün:

TFF Berke Özerin düşərgəni icazəsiz tərk etdiyini açıqlayıb


Türkiyə Futbol Federasiyası (TFF) Berke Özerin millinin düşərgəsini icazəsiz tərk etdiyini açıqlayıb və buna səbəb kimi dünən axşam Bolqarıstanla matçda heyətdən kənarda qalmasını göstərib. TFF Özerin davranışının qəbuledilməz olduğunu bildirib və Muhammed Şengezerin ilkin heyətə daxil edildiyini açıqlayıb.Verilən bəyanat belədir: “Milli komandamızın qapıçısı Berke Özer dünən keçirilən Bolqarıstan-Türkiyə oyunundan kənarda qalmasını əsas gətirərək komandamızın İstanbula qayıtmasının ardınca öz xahişi və texniki və inzibati heyətimizin icazəsi olmadan düşərgəni tərk edib. Keçmişdə dəfələrlə qeyd edildiyi kimi, Milli Komandanın formasını geyinməyin məsuliyyəti və dəyəri hər şeydən üstündür. Milli Komandamız ayrı-ayrı şəxslərdən asılı olmayaraq ölkənin şərəfini təmsil edən vahid qurumdur. Bu baxımdan nizam-intizam, hörmət və komanda ruhu heç vaxt güzəştə getməyəcəyimiz ən fundamental prinsiplərimizdir. Uzun illər həsrətində olduğumuz dünya çempionatına vəsiqə qazanmaq üçün sədaqətlə mübarizə apardığımız, komandadaxili birlik və həmrəyliyin pik həddə çatdığı bir vaxtda bu cür davranışlar yolverilməzdir. Berke Özer toplanışdan ayrıldıqdan sonra RAMS Başakşehir FK-dan Məhəmməd Şengezer Türkiyə Milli Komandasının ilkin heyətinə dəvət alıb. Bu, ictimaiyyətin məlumatı üçün hörmətlə elan edilir".

Mənbə: Hürriyyet

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et