Bu gün:

Rusiyada mənzildə yaşayan heyvanların sayını məhdudlaşdırmaq istəyirlər


Dövlət Dumasının ailə, atalıq, analıq və uşaqlıq məsələləri komitəsinin üzvü Yevgeni Marçenko mənzillərdə saxlanılan it və pişiklərin sayına məhdudiyyət qoyan qanun layihəsini təqdim edəcək.

“Heyvanlarla məsuliyyətli rəftar və Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, hər 18 kvadratmetr mənzil sahəsinə yalnız bir yetkin it və pişik saxlamağa icazə veriləcək.

Bu normaların müvəqqəti aşılması, balaların altı aylıq olana qədər doğulması halında mümkün olacaq.

Bu məhdudiyyətlərin bələdçi itlərə şamil edilməməsi təklif olunur.

İzahlı qeyddə bildirilir ki, mövcud normalar yaşayış binalarında sınırsız sayda ev heyvanının saxlanmasına imkan verir.

“Təcrübədə bu vəziyyət adi mənzillərdə 15–20 və ya daha çox pişik və ya itin saxlanıldığı çoxsaylı hallara səbəb olur ki, bu da sanitariya-epidemioloji tələblərin pozulmasına və antisanitariya şəraitinin yaranmasına gətirib çıxarır”, – deyə sənəddə qeyd olunur.

Mənbə: amur.life

Tətcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et