UFC Fight Night 261 turniri üçün rəsmi çəkiölçmə mərasimi başa çatıb və yalnız bir döyüşçü çəkisini norma daxilində tuta bilməyib.

Əsas qarşılaşmada sabiq yüngül çəki çempionu Çarls Oliveyra (35-11 MMA, 23-11 UFC) qısa müddətli əvəzçi rəqibi Mateuş Gamrot (25-3 MMA, 8-3 UFC) ilə üz-üzə gələcək. Gamrot bu döyüşdə Rafael Fizievin yerinə çıxır. Oliveyra ilk çəkiyə çıxan olub və 156 funt (70.7 kq) çəkib. Gamrot da eyni çəki ilə 156 funt olub və döyüş rəsmi olaraq təsdiqlənib.
Ancaq Saimon Oliveyra (18-6 MMA, 0-3 UFC) bantamveyt limitini ciddi şəkildə aşaraq diqqət çəkib. Braziliyada, doğma azarkeşlərinin qarşısında döyüşməyə hazırlaşan Oliveyra bantamveyt limitindən 8 funt artıq - 144 funt çəkib. Onun rəqibi Luan Lacerda (12-3 MMA, 0-2 UFC) isə 136 funt olub.
Belə hallarda, yəni bu qədər böyük çəki fərqi olduğu yüngül çəkili döyüşlərdə, adətən qarşılaşma ləğv edilir. UFC hələlik bu döyüşün taleyi ilə bağlı rəsmi açıqlama verməyib. Oliveyra UFC-yə “Dana White’s Contender Series”də qazanılmış bölünmüş qərarla daxil olub, lakin təşkilatda keçirdiyi üç döyüşün hamısında məğlub olub. İndi isə bir çəki kateqoriyasını belə aşması, ehtimal ki, onun UFC-də qalma şansını daha da azaldacaq.
Mənbə: Yahoo Sports
Tərcümə etdi: Emiliya Vəlicanova
