Milli qapıçı Berke Özer sosial media hesabından etdiyi açıqlamada milli komandanın düşərgəsindən texniki və inzibati heyətin məlumatı və icazəsi daxilində ayrıldığını bildirib.

"A Milli Komandanın düşərgəsinə qatılmazdan əvvəl yaşadığım ağrılarımı və bu mövzudakı vəziyyətimi texniki heyətimizlə paylaşmış, əgər oyun heyətində yer almayacaqdamsa, bu müddəti dincələrək və müalicə olunaraq keçirməyimin daha doğru olacağını bildirmişdim. Buna baxmayaraq çağırıldıqdan sonra hər zaman olduğu kimi ölkəmin formasını geyinməyin qüruru ilə düşərgəyə qoşuldum. Düşərgə boyu nə rabitəmdə, nə də motivasiyamda heç bir azalma olmadı.
Oyun heyətini gördüyümdə, günlərdir etdiyimiz danışıqların nə qədər mənasız olduğunu və xaricdə qürurla təmsil etdiyim ölkəmin komandasında qərar verənlərin performans və ya oyunçunu qazanmaq motivasiyasında olmadığını anladım. Düşərgənin və komandamızın əhval-ruhiyyəsinə təsir etməmək naminə oyun zamanı və ya sonra deyil, İstanbula qayıdışda düşüncələrimi texniki heyətimizə çatdırdım. Ardınca da "texniki və inzibati heyətin məlumatı və icazəsi" daxilində düşərgədən öz istəyimlə ayrıldım.
Bu qərar oynayan heç bir yoldaşımı hədəf alan və ya hörmətsizlik ehtiva edən bir davranış deyil. Əksinə, uzun illərdir birlikdə mübarizə apardığımız və keyfiyyəti ilə qürur duyduğum möhtəşəm bir qapıçı rotasiyasının bir hissəsi olmaqdan hər zaman şərəf duymuşam.
Mənim üçün Milli Komanda karyeramdakı ən böyük qürur mənbəyidir. Bu günə qədər olduğu kimi bundan sonra da Ay-Ulduzlu forma üçün hər cür fədakarlığı etməyə hazıram. Şəxslərdən asılı olmayaraq ölkənin şərəfini təmsil etməyi hədəfləyən A Milli Komandamızın formasını qürurla təmsil etmiş bir idmançı olaraq, hər kəsə bərabər və ədalətli bir sistemin içində olmaq istəyir və yaşanan prosesi və bu barədə edilən açıqlamanın üslubunu ictimaiyyətin təqdirinə buraxıram".
Mənbə: TRT sports
Tərcümə etdi: Fəqan Nurullazadə
