"Barselona"nın keçmiş hücumçusu fərdi rekordunu artırır.

“İnter Mayami” öz meydanında MLS-də “Atlanta”nı 4:0 hesablı qələbə ilə məğlub edərək möhtəşəm bir oyun sərgiləyib. Bununla belə, hesabdan əlavə gecə bir nəfərə - Luis Suarezə məxsus olub.
Uruqvay əfsanəsi adını futbolun unudulmaz qolçuları sırasına həkk edib.
Məhz ikinci hissədə Suarez qüsursuz zamanlama ilə topu qarşılayıb və cərimə meydançasının kənarından mükəmməl zərbə vurub - bu qol qapıçının yanından keçərək tora daxil olub və bu, təkcə qələbəni deyil, həm də monumental şəxsi rekordu qeyd edib.
Bu unudulmaz zərbə ilə Suarez peşəkar karyerasında 600 qol vuran azsaylı oyunçulardan birinə çevrilib.
Mənbə: Foot Africa
Tərcümə etdi: Nazim Xeyrxəbərli
