Bu gün:

Kane hələ də İngiltərənin dəyəri yetərincə bilinməyən superulduzudurmu?


Harry Kane klub və yığma komandada on ildən çox davam edən parlaq çıxışı ilə tarix kitablarını yenidən yazıb və rekordlar qırıb.

32 yaşlı hücumçu İngiltərə yığmasının tarixində ən çox qol vuran oyunçudur — 109 oyunda 74 qol — və Tomas Tuxelin komandası növbəti yay keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmaq üzrədir.

Kane eyni zamanda "Tottenhem Hotspur" klubunun da tarixində ən məhsuldar oyunçudur: 435 oyunda 280 qol vurub. 2023-cü ilin avqustunda 86.4 milyon funt sterlinqlik transferlə "Bayern Munich" klubuna keçib.

Münhendə də heyranedici sabitliyini davam etdirən Kane 106 oyunda 103 qol vurub və ötən mövsüm Bundesliqa çempionluğu ilə nəhayət ki, ilk kubokunu qazanıb.

O, 104-cü oyununda “Werder Bremen”ə qarşı 4:0 hesablı qələbədə dublla Bayern üçün 100-cü qolunu vurub. Kane bu göstəriciyə Avropanın top 5 liqasında bir klub üçün 100 qola ən tez çatan futbolçu olaraq çatıb. Bu göstəricidə o, Haaland (105 oyun) və Ronaldo-nu (105 oyun) qabaqlayıb.

Kane bu mövsüm İngiltərə və Bayern üçün cəmi 12 oyunda 19 qol vurub — orta hesabla hər 52 dəqiqəyə bir qol.


Mənbə: BBCsport

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et