Bu gün:

Messi şou göstərib – Inter Miami Atlanta United-i məğlub edib


MLS liqasının növbəti turunda “Inter Miami” doğma meydanda “Atlanta United” komandasını 4:0 hesabı ilə məğlub edib. Matçın əsas qəhrəmanı argentinalı ulduz Lionel Messi olub. 

Superulduz oyunda iki qol vurub, həmçinin bir asistlə yadda qalıb. Messinin liderliyində “Inter Miami” oyuna tam nəzarət edib və rəqibə, demək olar ki, heç bir şans verməyib. Bu qələbə “Inter Miami”yə turnir cədvəlində ön sıralara yüksəlmək imkanı yaradıb. 

Matçdan sonra həm azarkeşlər, həm də futbol mütəxəssisləri Messinin performansını “möhtəşəm şou” kimi dəyərləndiriblər. Ulduz futbolçu hazırda MLS-də ən çox məhsuldar oyuna çıxan futbolçular siyahısında ilk pillələrdə qərarlaşıb. 

Mənbə: Talksport.com

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et