Luka Quadaqninonun “Ovdan sonra” adlı yeni psixoloji trillerində Julia Roberts ulduz şagirdin başqa bir fakültə üzvünü cinsi təcavüzdə günahlandırdığı zaman tərəf seçmək məcburiyyətində qalan Yale professoru rolunu oynayır.

Baş verən hər bir səhnə tikanlı və gərgindir. Aktyor heyəti, o cümlədən, ittihamçı və təqsirləndirilən şəxs rolunu oynayan Ayo Edebiri və Endryu Qarfild bir-birinin ardınca bir düyünlü manevr edərək, zəka döyüşündə iştirak etdikcə, onların dialoq kimi kəskin geyimləri diqqəti cəlb edir.
“Ovdan sonra” Quadaqninonu bir kinorejissor kimi daha qeyri-sabit əraziyə gətirir, lakin onun aktyor heyətinin vizual cəhətdən zəngin sartorial seçimlərində onun keçmiş işi ilə oxşar cəhətləri var, burada geyimlər daha dərin məna daşıyır və personajlar arasında güc dinamikasını ifadə edir. Nəticədə filmin geyim dizayneri Giulia Piersanti tərəfindən mümkün olub.
Mənbə: CNNstyle
Tərcümə edən: Aişə Əlizadə
