Televiziya üzərində tədqiqatlar 1850-ci illərdə başlayıb, amma köhnə velosiped faraları və metal hissələrdən bu ideyanı gerçəyə çevirən yalnız Con Loqi Berd olub.
Berd böyük ixtirasından əvvəl də müxtəlif ixtiralar sınamış, bəzilərində qismən uğur qazanıb. Həyatı boyu sağlamlıq problemləri ilə üzləşən o, bir din xadiminin oğlu idi və səhhətinə görə Birinci Dünya Müharibəsində xidmət etməyib.
Elmi-fantastika yazıçısı Eyç Ci Uells-dən (H. G. Wells) ilham alan Berd bir dəfə çoxlu elektrik enerjisi istifadə edərək karbondan süni almaz yaratmağa çalışıb. Amma nəticədə almaz yaranmayıb, əvəzində Qlazqo şəhərinin elektrik şəbəkəsinin bir hissəsi sıradan çıxıb.
Berdin ev şəraitində hazırladığı babasil müalicəsi vasitəsi isə faciə ilə nəticələnib. Onun bu uğursuz təcrübəsi sonradan televiziya aparıcılarının “Bunu evdə sınağa çəkməyin” xəbərdarlığına bənzər bir hadisə kimi yadda qalıb.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
