Hannibal Barca eramızdan əvvəl 247-ci ildə Şimali Afrikada, indiki Tunis ərazisində Karfagendə anadan olub və tarixdə Romaya qarşı ən böyük düşmənlərdən biri kimi tanınıb. O, döyüş filləri ilə Alp dağlarını keçərək romalılara qarşı qeyri-adi hərbi strategiyalar tətbiq edib.
Eramızdan əvvəl 219-cu ildə Hannibal Saguntum şəhərinə hücum edərək İkinci Pun müharibəsini başlatdı. 218-ci ildə Alp dağlarından ordusunu keçirərək romalıları təəccübləndirdi və döyüş fillərindən istifadə etdi. Trebia, Trasimene Gölü və Cannae döyüşlərində Hannibalın ordusu daha böyük Roma qüvvələrinə dağıdıcı zərbələr vurdu. Hannibal psixoloji müharibənin gücünü yaxşı bilirdi. Romalıların qorxusundan istifadə edir və ordusunun yüksək əhval-ruhiyyəsini qoruyurdu. O, Roma hərbi və siyasi zəifliklərini müəyyən edərək hücumlarını buna uyğun planlaşdırırdı. Hannibalın İtaliyada uzun müddət qalması, Romalıları hərbi strategiyalarını dəyişməyə və ordularını daha çevik etməyə məcbur etdi.
Lakin resurs çatışmazlığı və Romalıların təchizat xətlərini kəsməsi Hannibalın üstünlüyünü azaltdı. Ən nəhayət, eramızdan əvvəl 202-ci ildə Zama döyüşündə gənc Roma generalı Scipio Africanus tərəfindən məğlub edildi. Hannibal sonradan öz həyatına son qoydu (e.ə. 183). Hannibalın irsi hərbi strategiya və taktikaların öyrənilməsində hələ də aktualdır. Onun məhdud resurslarla kampaniyalar aparmaq bacarığı, ərazini innovativ istifadə etməsi və psixoloji müharibə üsulları bu gün də hərbi liderlər üçün nümunədir.
Mənbə: THE CONVERSATİON
Tərcümə etdi: Fidan Şahbazlı
