Bu gün:

Günəş plazması Yerlə təmasda ola bilər


Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası Günəşdə baş verən partlayış nəticəsində plazma buludunun Yerə doğru hərəkət etdiyini bildirib.

Mütəxəssislərin sözlərinə görə, hadisənin ilk əlamətləri artıq qeydə alınıb, lakin hələlik maqnit qasırğaları müşahidə olunmayıb.

Qeyd edilir ki, plazma buludu 3 oktyabrda Günəşdə baş vermiş partlayış zamanı atılıb. Bu atılma prosesi zəif və zərbəsiz olduğundan Yer atmosferi dəyişikliklərə uyğunlaşa bilib. Hazırda heç bir güclü geomaqnit qasırğası və pozuntu qeydə alınmayıb.

Alimlər ehtimal edirlər ki, yaxın günlərdə zəif maqnit qasırğaları müşahidə oluna bilər, lakin bu prosesin uzunmüddətli təsiri gözlənilmir.


Tərcümə etdi: Aydan Xudayarova

Mənbə: Publika.az

Paylaş
Şərh əlavə et