Bu gün:

Ada Lavleys-İlk texniki vizyoner


Ada Lavleys on iki yaşı olanda uçmaq arzusunda olub. O, problemə metodik yanaşıb, quşları və qanad kimi istifadə oluna biləcək materialları – lələklər, kağız və ipəkləri araşdırıb. 1828-ci ildə başlayan tədqiqatında Lavleys tapıntılarını “Flyology” adlı bələdçiyə yazıb və təsvir edib. Anası Annabella Bayron onun romantik atası Lord Bayronun təsirindən uzaqlaşdıraraq, riyazi və rasional təhsilə yönəldib. Lavleys hesab, musiqi və fransız dilini öyrənib, anasının qorxduğu “təxəyyül”ünü elmi maraqlara çevirib.Lavleys-in həyatı və elmi fəaliyyəti onun məşhur riyaziyyatçı dostu Çarlz Babbage ilə tanışlığından sonra yeni mərhələyə qədəm qoyub. 1833-cü ildə Ada Babbage-in “Fərq Maşını” haqqında məlumat alıb və onunla yazışmalar aparıb. 1842-1843-cü illərdə Lavleys, Babbage-in Analitik Mühərrik layihəsini fransız dilindən tərcümə edib və öz qeydlərini əlavə edərək 20 min sözlük əsər hazırlayıb. Lavleys, ilk kompüter proqramını hazırlayaraq hesablama elminin təməlini qoyub. O, Babbage-in maşınının cəbri nümunələri necə emal edəcəyini aydın şəkildə izah edib və Bernoulli nömrələrinin hesablanması üçün plan hazırlayıb.

Ada Lavleys-in fəaliyyəti gələcək nəsillərə ilham verib. 2009-cu ildən etibarən hər il 15 oktyabr Ada Lavleys Günü olaraq qeyd olunur və qadınların riyaziyyat və elm sahəsindəki töhfələri vurğulanır. Onun həyatı göstərib ki, qadınlar verilmiş şansı düzgün istifadə etdikdə elmdə inqilabi nailiyyətlər əldə edə biliblər.

Mənbə: The New Yorker
Tərcümə etdi: Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et