Bu gün:

Donald Tramp: Çinə 100% vergi rüsumu tətbiq olunacaq


ABŞ prezidenti Donald Tramp noyabr ayından etibarən Çinə aid vergilərə əlavə olaraq 100% miqdarında gömrük vergilərin tətbiq ediləcəyini açıqlayıb.

ABŞ prezidenti Tramp Çinin 1 noyabrdan etibarən istehsal etdikləri demək olar bütün məhsullara, hətta bəziləri öz istehsalı olmayan mallara belə geniş ixrac nəzarəti tətbiq edəcəklərini bildirən məktub göndərərək ticarət mövzusunda qeyri-adi aqressiv mövqe tutduğunu bildirib.

Bunun istisnasız olaraq bütün ölkələrə təsir etdiyini və illər əvvəldən hazırlanmış bir plan olduğunu qeyd edən Tramp, “Beynəlxalq ticarətdə eşidilməmiş bir şey və digər ölkələrlə əlaqələrdə mənəvi rüsvayçılıqdır”,- deyib.

Tramp bildirib:

"Çinin misli görünməmiş bu münasibəti göz önünə alındığında və oxşar təhdidlərlə qarşı-qarşıya olan digər ölkələr adına deyil, yalnız ABŞ adına danışaraq noyabrın 1-indən (ya da Çinin görəcəyi digər tədbir və ya dəyişikliklərə bağlı olaraq daha tez bir tarixdən etibarən) ABŞ hal-hazırda Çinə ödədiyi vergi üzərinə 100%-lik gömrük vergisi tətbiq edəcək. Ayrıca, 1 noyabrda bütün kritik proqram təminatlara ixrac nəzarəti tətbiq olanacaq".

ABŞ prezidenti Çin prezidenti Xi Jinping ilə planlaşdırılan görüşünü ləğv edib-etmədiyini soruşduqda, "Xeyr, ləğv etməmişəm. Görüşün olub-olmayacağını bilmirəm. Amma orada olacağam və görüşə bilərik",- deyib.


Tərcümə etdi: Aygül Alıyeva

Mənbə: Habertürk


https://www.haberturk.com/son-dakika-trump-cin-e-yuzde-100-oraninda-vergi-uygulanacak-3829222?utm_source=whatsapp&utm_medium=articleshare&utm_campaign=website

Paylaş
Şərh əlavə et