Lekornu bir neçə gün əvvəl istefa edib, lakin Makron ona yeni hökümət formalaşdırmaq və dövlət büdcəsi layihəsini hazırlamaq tapşırığını verib.
Bu təyinat ölkədə siyasi sabitliyin qorunması və idarəetmənin davamlılığı baxımından mühüm addım sayılır. Yeni hökümətin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Fransanın daxili və beynəlxalq siyasətində böyük maraq doğuran bu qərar ölkə mediasında geniş müzakirələrə səbəb olub.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
