İspaniyada tədqiqatçılar 15-ci əsrə aid bir din adamının məzarını açıb və sümüklərini çıxarıb, Christopher Columbus-un İtaliya deyil, Şimali-Qərbi İspaniya bölgəsi Qalisiya doğumlu olması teoriyasını yoxlamağa çalışıb. Adətən Columbus-un 1451-ci ildə İtaliyada doğulduğu hesab olunsa da, bəziləri onun əslində İspaniyada — Qalisiya, Kataloniya, Valensiya, Mayorka və ya Qvadalaxarada — doğulduğunu iddia edib, digərləri isə onun əslində Portuqaliyalı olduğunu irəli sürüb.
Bazar ertəsi, Vilagarcía de Arousa şəhərindəki San Martín de Sobrán kilsəsində işləyən konservatorlar, arxeoloqlar və forensik antropoloqlardan ibarət qrup, Qalisiya Kolumb kampı tərəfindən Columbus-un əmisi oğlu olma ehtimalı göstərilən, zadəgan və arxidiakon Johan Marinho de Soutomaior-un məzarını açıb. Məzardan çıxarılan yeddi sümük fraqmentindən DNA əldə edilib və sonra Columbus-un qalıqlarından, həmçinin onun qardaşı və oğlundan götürülən nümunələrlə müqayisə edilib. Tədqiqatçılar, həmçinin bölgədə digər mümkün Columbus qohumlarının dəfn olunduğu düşünülən başqa bir kilsədən sümük nümunələri toplayıb. Qalisiya Kolumb Assosiasiyası, Columbus-un Pontevedra çay deltasının ətrafından gəldiyi teoriyasını müdafiə edib və Colón soyadının (ispanca Columbus) bölgədə yaxşı sənədləşdirildiyini bildirib. Bundan əlavə, Columbus-un Qalisiya nəcibzadəsi Pedro Álvarez de Soutomaior, ləqəbi ilə Pedro Madruga (Erkən Oyanan Pedro) ola biləcəyi irəli sürülüb.
“Görünür ki, Soutomaior-un DNA-sına daha yaxın olmuşuq,” deyə assosiasiyanın prezidenti Eduardo Esteban Meruéndano La Voz de Galicia-ya söyləyib. Columbus 1506-cı ildə İspaniyanın Valyadolid şəhərində vəfat edib, amma Istəyib ki, Hispañola adasında dəfn edilsin; bu ada bu gün Haiti və Dominikan Respublikası arasında paylaşılıb. Onun qalıqları 1542-ci ildə ora aparılıb, 1795-ci ildə Kubaya köçürülüb və 1898-ci ildə İspan-Amerika müharibəsi sonrası İspaniya Kubanı itirəndə Sevilyaya gətirilib. 2004-2005-ci illərdə Columbus-un qalıqlarından nümunələr götürülüb, lakin tədqiqatçılar onun əsl mənşəyini müəyyən etmək üçün düzgün analiz aparmaq üçün texnologiyanın inkişafını 16 il gözləyib. “Bizim tərəfimizdən onun İtaliya mənşəyinə şübhə yoxdur, amma mövcud bir sıra teoriyaları bağlaya biləcək obyektiv məlumat təqdim etmişik,” deyə Qrenada Universitetindəki DNA tədqiqatının baş alimi José Antonio Lorente ötən il bildirib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fidan Şahbazlı
