Bu gün:

Peşəfest Qəbələdə


Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi "Peşəfest" bu dəfə Qəbələ rayonunda keçirilib. Bu barədə 24media.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, "Peşə öyrən, gələcəyini qur" şüarı ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə və onların karyera istiqamətinə doğru şəkildə yön vermək məqsədi daşıyıb.

Açılış mərasimində çıxış edən iştirakçılar “PeşəFest”in gənclərin əmək bazarına hazırlığı və doğru peşə seçiminin istiqamətləndirilməsi, onların öz potensiallarını kəşf etmələri və gələcək peşə istiqamətlərini təyin edə bilmələri üçün unikal platforma olduğunu qeyd ediblər.

Turqut Ansari

Paylaş
Şərh əlavə et