Tramp girovların tez bir zamanda azad ediləcəyini vəd edib və yüz minlərlə fələstinli Qəzzaya qayıdıb.

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, HƏMAS-ın fələstinli yaraqlıları hazırda Qəzza zolağında atəşkəs planı çərçivəsində azad edilməli israilli girovları yığır. Bu arada ABŞ ordusu atəşkəsə nəzarət etmək üçün İsrailə 200-ə qədər hərbçi göndərib. Artıq yüz minlərlə fələstinli Qəzzaya qayıdıb.
Sənədə əsasən, girovlar atəşkəs başlayandan sonra 72 saat ərzində azad edilməlidir, yəni bu, bazar saat ertəsi, oktyabrın 13-ü saat 12:00-dan əvvəl baş verməlidir.
Mənbə: BBC News
Tərcümə etdi: Əli Balayev
