Türkiyənin "Göztepe" futbol klubunun 19 yaşlı iordaniyalı hücumçusu İbrahim Sabra Boliviya ilə keçirilən oyunda zədə alıb.

Qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin müdaxiləsi səbəbilə yıxılan Sabra ilkin tibbi yardımdan sonra yenidən meydana qayıdaraq özünü sınayıb.
Lakin şiddətli ağrılara dözə bilməyərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Hal-hazırda bəzi mənbələrdə vəziyyətinin "kritik" dəyərləndirildiyi deyilsə də hələ rəsmi təsdiq almayıb.
Mənbə: Ntvspor.net
Tərcümə etdi: Zeynəb Şahmarova
