Bu gün:

Süleyman Səba idman salonunda “Beşiktaş”ın gənc həndbolçuları üçün mərasim keçirilib


2024/25 Türkiyə çempionatının yeniyetmələr kateqoriyasında məğlubiyyətsiz çempion olan “Beşiktaş” yeniyetmə həndbol komandasının EHF Avropa Kubokunun 2-ci raundunun “GRK Tikves 2014” ilə ilk oyunu öncəsi Süleyman Seba İdman Salonunda mərasimi keçirilib.

“Beşiktaş” həvəskar bölmələr və obyektlərdən məsul idarə heyətinin üzvü Turqut Koç və baş menecer Ozan Arifoğlu gənc həndbolçuları uğurlarına görə təbrik edərək onlara hədiyyələr təqdim ediblər.

Mərasimdə gənclik koordinatoru Bülent Erkol və gənc məşqçilər Diayana Kara və Tuğan Alpsan iştirak edib.

Mənbə: Beşiktaş TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş
Şərh əlavə et