Bu gün:

Mbappe ayaq biləyi zədəsi səbəbilə Fransa millisinin heyətindən çıxıb


Fransa yığmasının kapitanı Kylian Mbappe bazar ertəsi keçiriləcək İslandiya ilə Dünya Çempionatının seçmə oyunundan sağ ayaq topuq zədəsi səbəbilə kənarlaşdırılıb. Bu barədə Fransa Futbol Federasiyası (FFF) şənbə günü məlumat verib.

Bu mövsüm "Real Madrid"də 10 oyunda 14 qol vuraraq əla formada olan 26 yaşlı hücumçu Azərbaycan üzərində 3:0 hesablı qələbə qazandıqları oyunun 83-cü dəqiqəsində zədələnib. Həmin görüşdə Mbappe bir qol vurub, bir də qola assist edib.

FFF-in açıqlamasında deyilir: "Milli komandanın baş məşqçisi (Didier Deschamps) onun heyətdən çıxarılmasını təsdiqlədi. Kylian Mbappe klubu üçün sərəncamlıdır və yerinə başqa futbolçu çağırılmayacaq''.

Fransa üç oyunda topladığı 9 xalla D qrupuna başçılıq edir və üçüncü pillədə olan İslandiya ilə qarşılaşmaq üçün Reykjavikə səfər edəcək.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et