Bu gün:

Hindistanda qadın jurnalistlərin səfirlik tədbirinə buraxılmaması qəzəb doğurub


Hindistanlı siyasətçilər və jurnalistlər qadın jurnalistlərin Əfqanıstan Talibanının xarici işlər naziri ilə Dehlidə keçirilən mətbuat tədbirinə buraxılmamasından sonra hökuməti buna reaksiya vermədiyinə görə tənqid ediblər.

Cümə günü Əfqanıstan səfirliyində xarici işlər naziri Amir Xan Muttaqi ilə keçirilən forumda iştirak etmək üçün təxminən 16 kişi jurnalist seçilib. Jurnalistlər qadınların və xarici medianın tədbirə buraxılmadığını müşahidə ediblər.

Lakin Taliban hökumətinin nümayəndə heyətinin üzvü və xarici işlər nazirliyinin sözçüsü Zai Takel bunu inkar edib və deyib ki, səfirliyə gələn bütün jurnalistlər tədbirdə iştirak edə bilib.

Hindistanın Xarici İşlər Nazirliyi isə bildirib ki, Əfqanıstan səfirliyindəki bu mətbuat tədbirinə heç bir aidiyyəti olmayıb.

Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et