Qəzzada atəşkəs elan edilməsinə baxmayaraq, bölgədə gərginlik hələ də tam aradan qalxmayıb.
Şahidlərin məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Qəzza şəhərinin şərq hissəsində partlayış səsləri eşidilib. Bildirilir ki, bölgədə hərbi texnika və artilleriya fəaliyyətləri müşahidə olunub.
Məlumata əsasən, Qəzzanın şimal və cənub hissələrini birləşdirən Netzarim dəhlizi, eləcə də Rəfah şəhərinin şimal-qərbindəki ərazilər atəşə tutulub.
Bəzi mənbələr Xan Yunis şəhərinin şimal-şərq hissəsində tüstü bombalarının atıldığını və şəhər mərkəzində hava hücumu səslərinin eşidildiyini bildiriblər.
Qəzza Səhiyyə Nazirliyi hadisələrlə bağlı hələlik rəsmi məlumat açıqlamayıb.
Xatırladaq ki, bölgədə atəşkəs razılaşması ABŞ prezidenti Donald Trampın planı çərçivəsində təsdiqlənib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Ətirə İbayeva
