Bu gün:

New York Baş Prokuroru Letisiya Ceyms cinayət işində ittiham edilib


Nyu-York baş prokuroru Letisiya Ceyms federal ittihamlarla rəsmi şəkildə cinayət məsuliyyətinə cəlb olunub.

Ceyms 2023-cü ildə Trampa qarşı mülki fırıldaqçılıq istintaqına rəhbərlik edib. Məhkəmə sənədlərinə görə, o, Virciniya  ştatının İskəndəriyyə şəhərində yerləşən Şərq Dairəsində bank fırıldağı ittihamı ilə günahlandırılıb.

Prkurorlar Ceymsi bank fırıldağında və Norfolk, Virciniya şəhərində bir ev üçün ipoteka krediti ilə bağlı maliyyə qurumuna yalan məlumat verməkdə ittiham edirlər.

Ceyms verdiyi açıqlamada bildirib ki, prezident yaxınlarda prokurorlara onun barəsində cinayət işi açmaq üçün ictimai təzyiq göstərib və onu ədalət sisteminin ümidsiz şəkildə silahlandırılmasında ittiham edib.


Mənbə: BBC News

Tərcümə etdi: Nərmin Nəcəfova 

Paylaş
Şərh əlavə et