Bu gün:

Qızılın qiyməti qalxır, metallara tələbat artır


Qızılın qiymətinin $4,000-ı aşması digər qiymətli metallara da təsir edib. Tramp administrasiyasının siyasətləri ABŞ dollarının dəyərsizləşməsi qorxularını artırıb.

Qızıl ilin əvvəlindən 53.8% bahalaşsa da, platin (83.6%), gümüş (70.4%) və palladium (60.5%) daha güclü artım göstərib. İnvestorlar “debasement trade” dalğasında qiymətli metallara üz tutur.

2024-cü ildə qızıl ABŞ dollarından sonra ikinci ən böyük ehtiyat aktivinə çevrilib. Analitiklər qızılın artım tempinin yavaşlaya biləcəyini, lakin sərt aktivlərə, xüsusən palladiuma marağın davam edəcəyini bildirirlər.


Mənbə: Reuters

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et